03 Fevral 2026, 18:55
FUTBOL
"Beşiktaş"dan qayıtdıqdan sonra klubsuz olan Aleks Oksleyd-Çemberleyn yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Matc.az xəbər verir ki, "Seltik" azad agent statusunda olan ingiltərəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Şotlandiya klubu 32 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Aleks Oksleyd-Çemberleyn 2025-ci ilin avqust ayında "Beşiktaş"ı tərk edib. İngiltərə millisinin sabiq üzvü formada qalmaq üçün hazırda sabiq klubu "Arsenal"ın U-21 komandası ilə məşq edir.












_1770136226.jpg)