Londonun "Arsenal" klubu akademiyasının gənc istedadlarından olan Maks Dumanla müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bağlanan müqavilə təqaüd müqaviləsidir və 2026-cı il dekabrın 31-də, Dumanın 17 yaşı tamam olanda peşəkar səviyyədə olacaq.

Qeyd edək ki, bu mövsüm Duman bütün yarışlarda 5 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest