"Barselona"na rəhbərliyi "Borussiya"nın mərkəz müdafiəçisi Niko Şlotterbeki transfer etməkdən tamamilə imtina ediblər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu alman oyunçunun bir çox faydalı keyfiyyətlərə malik olduğunu, lakin baş məşqçi Hans-Dieter Flikin oyununa uyğunlaşmaq üçün lazımi zamanının olmadığını düşünür. "Barselona" 26 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq üçün digər klublarla mübarizə aparmamaq qərarı alıb.

Qeyd edək ki, Şlotterbek bu mövsüm bütün yarışlarda 22 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest