21 Yanvar 2026, 18:21
FUTBOL
"Vasko da Qama"nın futbolçusu Rayan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bornmut" 19 yaşlı hücumçunun keçidini həll edib. Transfer 35 milyon avroya baş tutacaq. Rəsmi açıqlama yaxın zamanda ediləcək.
Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir. Braziliya U-20 millisinin üzvü "ağ-qaralar"ın əsas komandasının heyətində keçirdiyi 99 oyunda 25 qol vurub, 2 qol ötürməsi edib.












