"Tottenhem"in müdafiəçisi Ben Devis sıradan çıxıb.

Matc.az xəbər verir ki, uelsli futbolçu Premyer Liqanın 22-ci turunun "Vest Hem"lə oyununda (1:2) zədələnib.

Devis topuğundan ağır zədə alıb. 32 yaşlı mərkəzz müdafiəçisi əməliyyat olunacaq. Onun mövsümün qalan hissəsini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Ben Devis bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 5 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest