"Roma" "Aston Villa"nın hücumçusu Doniell Maleni icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Niderland millisinin üzvü yaya qədər paytaxt təmsilçisinin formasını geyinəcək. "Roma" 22 milyon avro ödəməklə 26 yaşlı forvardın transfer hüquqlarına yiyələnə bilər.

Qeyd edək ki, Doniell Malen mövsümün ilk yarısında "Aston Villa"nın heyətində keçirdiyi 29 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest