16 Yanvar 2026, 11:56
FUTBOL
"Atalanta" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Nerqamo təmsilçisi "Atletiko"dan Cakomo Raspadorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atalanta" İtaliya millisinin üzvü üçün La Liqa nəhənginə 22 milyon avro təzminat ödəyib. 25 yaşlı forvardla 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cakomo Raspadori mövsümün ilk yarısında "Atletiko"nun heyətində keçirdiyi 15 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.












