"Barselona" "Əl-Hilal"ın müdafiəçisi Joao Kanselonu icarəyə götürüb.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı sağ cinah müdafiəçisi mövsümün ikinci yarısında İspaniya klubunun formasını geyinəcək.

Qeyd edək ki, Joao Kanselo bu mövsüm "Əl-Hilal"ın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.31 yaşlı futbolçu 2023-2024-cü illərdə "Barselona"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest