"Qarabağ" U-19 komandasının futbolçusu Əli Bəşirovu əsas komandanın məşqlərinə cəlb edib.
Qurban Qurbanov "Qarabağ" U-19 komandasının futbolçusu Əli Bəşirovu əsas komandanın məşqlərinə cəlb edib.
Matc.az xəbər verir ki, 2010-cu il təvəllüdlü yarımmüdafiəçi "Qarabağ"ın heyətində Antalyada keçiriləcək qış təlim-məşq toplanışına da yollanıb.
Azərbaycan çempionu qış hazırlığına Bakıda start verib və dünən Türkiyəyə yola düşüb. Onların toplanışı yanvarın 17-dək Belek bölgəsində yerləşən "Gloria Sports Arena"da baş tutacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sabah Özbəkistan çempionu "Neftçi" (Fərqanə) ilə qarşılaşacaq və oyuna Bakı vaxtı ilə 18:00-da start veriləcək.
"Qarabağ" yanvarın 16-da Polşanın "Zaqlembe"(Lublin) klubu ilə üz-üzə gələcək və həmin matç Bakı vaxtı ilə 19:00-da başlayacaq.












