"Mançester Siti"nin hücumçusu Erlinq Haland 2025-ci ilin yekunlarına əsasən Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafatı ardıcıl 6-cı dəfə qazanıb.

Bu ada layiq görülən sonuncu fərqli oyunçu 2019-cu ildə Martin Edeqor olub.

Qeyd edək ki, Haland "Mançester Siti"nin heyətində meydana çıxdığı 49 matçda 42 qol vurub, 8 məhsuldar ötürməyə edib. Hücumçu Norveç millisinin heyətində iştirak etdiyi 10 matçda isə 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest