"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 16-cı turunun "Brayton"la oyunu üçün heyətinə daxil edilib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Bildirilir ki, qərar oyunçu ilə baş məşqçi Arne Slot arasında aparılan söhbətdən sonra verilib.

Hücumçu "Liverpul"un son dörd oyununda əsas heyətdə yer almayıb. Ötən həftə "Lids"ə qarşı ehtiyat oyunçular skamyasında saxlanıldıqdan sonra Salah klubu və məşqçini tənqid edərək oyun vaxtının əsassız şəkildə azaldılmasından şikayətlənib.

Nəticədə, hücumçu UEFA Çempionlar Liqası matçı üçün heyətə də daxil edilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest