12 Dekabr 2025, 22:27
FUTBOL
"Transfermarkt"ın La Liqa oyunçularının bazar dəyərlərini yeniləməsindən sonra, "Real"ın hücumçusu Kilian Mbappenin dəyəri hazırda 200 milyon avrodur.
Matc.az xəbər verir ki, bu, fransız futbolçunu "Mançester Siti"nin hücumçusu Erlinq Haland və "Barselona"nın cinah oyunçusu Lamin Yamal ilə birlikdə dünyanın ən bahalı oyunçusu edir.
Onların ən yaxın təqibçisi "Real" yarımmüdafiəçisi Cud Bellinqemdir. Onun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir. Son yeniləmədə ingilis futbolçunun dəyərini 20 milyon avro azalıb. Onun əvvəlki təxmini dəyəri 180 milyon avro idi.






_1765569660.jpeg)





