Niderlandlı əfsanəvi futbolçu "Liverpul"da çıxış edən Məhəmməd Salah haqda danışıb.

matc.az xəbər verir ki, niderlandlı keçmiş hücumçu baş məşqçi Arne Slotu tənqid edən misirli vinger haqda sərt sözlər deyib. Van Basten 33 yaşlı futbolçunun son aylarda zəif çıxış etdiyini bildirib:

"Salahın beyni may böcəyinin beyni boydadır. Belə reaksiya verməsi doğru deyil. Ötən mövsüm çox yaxşı performans göstərdi. Amma bu mövsüm elə deyil. Bir neçə aydır pis oynayır. Slotu hər zaman dürüst və açıq sözlü insan kimi tanımışam. Heç vaxt ağılsız sözlər deməz. Salah isə Slota hücum etməyə başladı. Bu, böyük səhv idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest