"Fənərbaxça"nın müdafiəçisi Nelson Semedo sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu Super Liqanın 15-ci turunun "Başakşehir"lə səfər oyununda (1:1) zədələnib. Ayaq əzələsində zədə aşkarlanan 32 yaşlı sağ cinah müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Nelson Semedo bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest