"Barselona" növbəti "transfer pəncərə"ləri üçün planlar qurur və Kataloniya klubunun əsas prioritetlərindən biri dünya səviyyəli mərkəz hücumçusu əldə etməkdir.

Matc.az xəbər erir ki, bu barədə ESPN məlumatı yayıb.

Bildirilir ki, "İnter"in hücumçusu Lautaro Martines İspaniya klubunun namizədlər siyahısında olanlar arasındadır.

28 yaşlı futbolçu hazırda yüksək səviyyəli hücumçu axtarışında olan "Barselona"nın idman direktoru Dekonun əsas hədəfinə çevrilib.

Qeyd edək ki, bu mövsüm Martines bütün yarışlarda 17 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 85 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest