"Real"ın hücumçusu Kilian Mbappe bir təqvim ilində vurulan qolların sayına görə TOP-10-a daxil olub.
Matc.az xəbər verir ki, fransız futbolçunun La Liqanın 19-cu turunda "Atletik"ə (3:0) qarşı vurduğu qollar onun 2025-ci ildə vurduğu 61-ci və 62-ci olub.
Bununla da, o, 2014-cü ildə 61 qol vuran portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekordunu geridə qoyub.
Reytinqə "Barselona"nın sabiq hücumçusu Lionel Messi başçılıq edir. Messi 2012-ci ildə 91 qol vurub.
Tarixdə bir təqvim ilində ən çox qol vuran futbolçular:
1. Lionel Messi (2012) - 91 qol
2. Gerd Müller (1972) - 85 qol
3. Pele (1958) - 75 qol
4. Pele (1965) - 72 qol
5. Ziko (1979) - 72 qol
6. Romario (2000) - 72 qol
7. Robert Levandovski (2021) - 69 qol
8. Kriştiano Ronaldo (2013) - 69 qol
9. Kriştiano Ronaldo (2012) - 63 qol
10. Kilian Mbappe (2025) - 62 qol











