"Barselona"nın müdafiəçisi Ronald Arauxo depressiya səbəbindən komandasının qarşıdakı oyunlarını buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

"Transfermarkt"da oyunçunun profilində qarşıdakı oyunlarda iştirak edə bilməməsinin səbəbi kimi depressiya göstərilir. Kataloniyalı müdafiəçinin sağalma müddəti göstərilməyib.

İspaniya mediası daha əvvəl uruqvaylı futbolçunun psixoloji cəhətdən sağalması üçün klubdan əlavə məzuniyyət istədiyini bildirmişdi.

Bildirilir ki, Arauxonun depressiyası Çempionlar Liqasında "Çelsi"yə uduzduqları (0:3) matçında qırmızı vərəqə aldıqdan sonra başlayıb.

Qeyd edək ki, Arauxo cəza səbəbindən dekabrın 9-da "Barselona"nın UEFA Çempionlar Liqasındakı matçını buraxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest