03 Dekabr 2025, 21:51
FUTBOL
"Maynts" Bo Henrikseni baş məşqçi vəzifəsindən azad edib.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
50 yaşlı danimarkalı mütəxəssis ötən ilin fevral ayından bəri komandaya rəhbərlik edirdi. Komanda əvvəlki mövsümdən sonra Konfrans Liqasına düşüb.
"Maynts" bu mövsüm Bundesliqa turnir cədvəlində 12 oyunda yalnız bir qələbə ilə sonuncu yerdədir.
Komanda müvəqqəti olaraq U-23-ün məşqçisi Benjamin Hofmanna tapşırılıb.











