"Barselona"nın idman direktoru Deko argentinalı hücumçu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Messinin qısamüddətli icarəsi? Leonun müqaviləsi var. Düşünmürəm ki, bu, nə vaxtsa müzakirə olunub. Messi həmişə Messi olaraq qalacaq, onun həmişə təklif edəcəyi bir şey var, amma gəlin indi bu barədə danışmayaq".

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda "Barselona"dan ayrılıb və Fransanın PSJ klubuna keçib. Argentinalı futbolçu 2023-cü ilin yayından bəri isə MLS-in "İnter Mayami" klubunda oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest