"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo çiyinindən zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Barselona" İspaniya La Liqasının 19-cu turunda "Atletiko"nu 3:1 hesabı ilə məğlub edib. Oyunun 65-ci dəqiqəsində Olmo komandasının ikinci qolunu vurub, lakin zərbəni yerinə yetirdikdən sonra yerə düşüb və çiynindən zədə alıb.

Həkimlər ona çiyin çıxığı diaqnozu qoyublar. Sağalma prosesinin bir ay çəkəcəyi gözlənilir.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm "Barselona" ilə ümumilikdə 17 oyununda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu illə müqaviləsi 2030-cu ilin yayına qədərdir və transfer dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest