"Leypziq"in hücumçusu yaxın vaxtlarda “İnter Mayami”yə keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" televiziyasının jurnalisti Florian Plettenberq məlumat yayıb.

ABŞ klubunun rəhbərliyi 29 yaşlı almaniyalı futbolçunun agentləri ilə qış transfer pəncərəsi zamanı mümkün keçidlə barədə danışıqlar aparır.

Forvard ABŞ-a köçməyi planlaşdırır. Onun "Leypziq"lə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonunadək qüvvədədir.

Bu mövsüm Verner əzələ zədələri səbəbindən davamlı olaraq problemlər yaşayır. O, buna görə də Bundesliqada cəmi bir oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest