ABŞ Futbol Federasiyası DÇ-2026-ya hazırlıq çərçivəsində milli komandanın keçirəcəyi 4 yoldaşlıq görüşünü rəsmi şəkildə elan edib.

Matc.az xəbər verir ki, Maurisio Poçettinonun rəhbərlik etdiyi komanda ilk yoxlama oyununa Belçikaya qarşı çıxacaq. Matç 28 mart tarixində Atlanta şəhərindəki “Mercedes-Benz” Arenasında keçiriləcək. Milli üç gün sonra eyni arenada Portuqaliya ilə qarşılaşacaq.

Daha sonra komanda 31 may tarixində Şarlott şəhərində adı sonradan açıqlanacaq rəqiblə qarşılaşacaq. Hazırlıq mərhələsinin son oyunu isə iyunun 6-da Çikaqoda Almaniyaya qarşı baş tutacaq.

Federasiya vurğulayıb ki, ABŞ millisi mundialda eyni qrupda yer alacağı hər hansı komanda ilə yoldaşlıq görüşü keçirməyəcək.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun–19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-da keçiriləcək. Turnirin final mərhələsində 48 milli komanda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest