"Bavariya"nın müdafiəçisi Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

"Kristal Pelas" fransalı futbolçunu transfer etmək istəyir. Almaniya klubu 25 yaşlı sağ cinah müdafiəçisini 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Saşa Boe bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest