İtaliyanın “Milan” klubu perspektivli gənc hücumçuların axtarışını davam etdirir

Matc.az xəbər verir ki, A Seriyası nəhəngi Fransa Liqa 1-in ən parlaq istedadlarından birinə diqqət yetirib.

Jurnalist Nikolo Skiranın məlumatına görə, “rossoneri”nin skaut şöbəsi bu mövsüm “Anje”nin 18 yaşlı hücumçusu Sidiki Şerifin çıxışlarını mütəmadi olaraq izləyir. Klub fransalı forvardın inkişafını və mümkün transfer üçün potensialını qiymətləndirir.

Şerifin “Anje” ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Buna görə də fransızlar rəsmi təklif daxil olacağı halda danışıqlarda üstün mövqedədirlər.

Gənc hücumçu cari mövsümdə Liqa 1-də 14 matçda oynayıb və 3 qol vurub. "Transfermarkt" portalının məlumatına görə, onun bazar dəyəri 2 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest