28 Noyabr 2025, 22:15
FUTBOL
"Real"ın prezidenti Florentino Peres baş məşqçi Xabi Alonso ilə cinah hücumçusu Vinisius Juniorun Madrid klubundakı statusu və rolu barədə müzakirə aparıb.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser"in jurnalisti Manu Karrenyo məlumat yayıb.
"Əgər "Real"ın Vinisius kimi oyunçusu varsa, onu əsəbiləşdirə bilməzsiniz. Prezident Florentino Peres bunu Xabi Alonsoya izah edib. Oyunçular klubun aktividir, məşqçi isə deyil", - deyə jurnalist bildirib.
Daha əvvəl mediada yayılan xəbərlərdə braziliyalı futbolçunun Alonsodan narazı olduğu bildirilirdi. Vurğulanıb ki, Vinisius ispan məşqçiyə görə müqaviləsini yeniləmək istəmir.












