28 Noyabr 2025, 17:57
FUTBOL
İspaniyanın "Betis" klubu baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
72 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında "Betis"İn baş məşqçisi postuna təyin olunub.












