"Santos"da çıxış edən Neymar dizindəki zədəyə baxmayaraq meydana çıxmağa hazır olduğunu bildirib.

Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat verib.

33 yaşlı vinger zədə səbəbindən “İnternasional”a qarşı 35-ci turun son oyununu buraxıb. Neymar tibbi heyətin məsləhətlərinə məhəl qoymadan komanda ilə birlikdə məşqlərdə iştirak edir. Futbolçu komandanın A Seriyasında qalmasına kömək etməkdə qətiyyətlidir.

"Santos" hazırda turnir cədvəlində 17-ci yerdə qərarlaşıb. Cari mövsümdə Neymar 25 oyunda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest