28 Noyabr 2025, 14:41
FUTBOL
B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.
Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunun II turu çərçivəsində bu gün baş tutmalı olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.
Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.












