“Roma” sağ cinah müdafiəçisi Zeki Çeliklə yeni uzunmüddətli müqavilə üzərində işə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.

A Seriyası klubu artıq 28 yaşlı futbolçuya sözləşmənin 2029-cu ilin yayına qədər uzadılması ilə bağlı təklif göndərib.

“Canavarlar”nin türkiyəli oyunçunu komandada saxlamaq istəyinə baxmayaraq, Çelik bir sıra Avropa klublarının diqqət mərkəzindədir. Onlar Türkiyə millisinin üzvünü transfer etmək imkanını dəyərləndirirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest