28 Noyabr 2025, 11:52
FUTBOL
"Mançester Yunayted" heyətini gənc futbolçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, söhbət "Fortalesa"da çıxış edən Kristian Oroskodan gedir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Qırmızı şeytanlar" 17 yaşlı dayaq yarımmüdafiəçisi üçün Kolumbiya 1 milyon avro təzminat ödəyəcək. Kolumbiyalı oyunçu gələn ilin yayında İngiltərə klubuna qoşulacaq.
Qeyd edək ki, Kristian Orosko Kolumbiyanın U-17 millisinin formasını geyinir.


_1764331647.jpg)







