28 Noyabr 2025, 10:19
FUTBOL
Bu, Azərbaycanın UEFA reytinqində geriləməsinə səbəb olub. Hazırda ölkəmiz 22.250 xalla 26-cı pillədədir.
Avrokuboklarda bu həftə görüşlər başa çatdıqdan sonra ölkələrin reytinq cədvəlində dəyişiklik olub.
Matc.az xəbər verir ki, ÇL-in 5-ci turunda "Napoli"yə səfərdə məğlub olan "Qarabağ" xal qazana bilməyib.
Bu, Azərbaycanın UEFA reytinqində geriləməsinə səbəb olub. Hazırda ölkəmiz 22.250 xalla 26-cı pillədədir.
"Şaxtyor"(Donetks, Ukrayna) Konfrans Liqasında "Şemrok Rovers"i məğlub edib (2:1) və reytinqə 0.500 xal qazandırıb. Ukrayna 22.350 xala çataraq Azərbaycanı ötüb və 25-ci pilləyə yüksəlib.










