"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi "Arsenal"ın Çempionlar Liqasını qazanmaq şansları barədə danışıb.

Matc.az xəbər verir ki, Runi London klubunun çempionluq şanslarını yüksək dəyərləndirib.

"Uzun müddətdir ilk dəfədir ki, onların real şansları var. Həm start heyətində, həm də ehtiyat heyətdə əla oyunçuları var. Komandanın Çempionlar Liqasını qazanmaq üçün lazım olan hər şey var", - Runi deyib.

"Arsenal" hazırda Çempionlar Liqasının turnir cədvəlinə dörd turdan 12 xalla başçılıq edir. Artetanın komandası turnirdə qol buraxan yeganə komandadır.

Qeyd edək ki, Londonlular heç vaxt Avropanın ən nüfuzlu yarışında qalib gəlməyiblər. Komanda sonuncu dəfə 2006-cı ildə dramatik finalda "Barselona"ya 2:1 hesabı ilə uduzduqda buna yaxın olmuşdu.

Bu gün "topçular" beşinci turda evdə "Bavariya"nı qəbul edəcəklər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest