25 Noyabr 2025, 15:59
FUTBOL
Adı "Barselona" ilə hallanan "Bavariya"nın hücumçusu Harri Keyn açıqlama verib.
Matc.az xəbər verir ki, ingiltərəli forvard Münhen təmsilçisində özünü xoşbəxt hiss etdiyini bildirib:
"Heç kimlə bu mövzuda danışığım olmayıb. "Bavariya" ilə gələcək barədə hələ ki danışmamışıq. Amma burada özümü çox rahat hiss edirəm. Buna görə də tələsməyə ehtiyac yoxdur. Həqiqətən də "Bavariya"da xoşbəxtəm. Mövsüm bitdikdən sonra da nəyinsə dəyişməsi çox da real deyil".
Qeyd edək ki, Harri Keyn bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 23 oyunda 27 qol vurub, 4 qol ötürməsi edib. 32 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.












