25 Noyabr 2025, 15:42
FUTBOL
PSJ “Bavariya”nın müdafiəçisi Dayo Upamekanonu hədəfə alıb.
Matc.az xəbər verir ki, Paris klubu 27 yaşlı fransalı futbolçunu 2026-cı ilin yayında - münhenlilərlə müqaviləsinin müddəti başa çatdıqdan sonra heyətinə qatmaq istəyir.
Bu maraq kluba yaxın mənbələr tərəfindən də təsdiqlənir. PSJ Upamekanonu müdafiə xətti üçün ideal namizəd kimi görür.
“Real” da vəziyyəti izləyir. Lakin “Bavariya” Fransa millisinin üzvü ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Dayo Upamekano cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə 15 matçda meydana çıxıb.







_1764086673.jpg)




