25 Noyabr 2025, 14:32
FUTBOL
"Marsel"in hücumçusu Robinio Vaj karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Çelsi" və "Arsenal" fransalı futbolçunu transfer etmək istəyir. London nəhəngləri Vajı yanvar ayında heyətinə qatmaq üçün səy göstərirlər.
"Çelsi" artıq 18 yaşlı forvardın nümayəndəsi ilə ilkin danışıqlara start verib. Fransa klubu gənc oyunçu üçün gələn 25-30 milyon avroluq təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, Robinio Vaj bu mövsüm "Marsel"in heyətində keçirdiyi 14 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.




_1764086673.jpg)





_1764076315.jpg)

