“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə Masazır təmsilçisinə xəbərdarlıq edilib.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ”la oyunun 60-cı dəqiqəsində “Sumqayıt” komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klub isə 500 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi komanda 2500 manat cərimələnib. Həmin matçda 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat ziyana düşüb. “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bölgə klubu 5000 manat cərimə ödəyəcək.

“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş, gətirilməsi qadağan olunmamış əşyalar stadiona buraxılmadığına görə Masazır təmsilçisinə xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest