25 Noyabr 2025, 12:16
FUTBOL
Liverpul"un futbolçusu Federiko Kyeza ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
A Seriyasında çempionluq uğrunda mübarizə aparan "İnter", "Milan", "Roma" və "Napoli" italiyalı vingeri heyətinə qatmaq istəyir. Kyeza özü də dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi bir kluba keçmək niyyətindədir.
İtaliya klubları yanvar ayında 28 yaşlı oyunçunu transfer etmək üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, Federiko Kyeza bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib.






_1764076315.jpg)





