25 Noyabr 2025, 11:34
FUTBOL
İngiltərə Premyer Liqasının aparıcı klubları “Leyptsiq”in istedadlı yarımmüdafiəçisi Assan Uedraoqo uğrunda ciddi mübarizəyə hazırlaşırlar.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
“Mançester Yunayted” və “Çelsi” artıq 19 yaşlı futbolçunu aktiv şəkildə izləməyə başlayıblar.
İngiltərənin nəhəng klubları almaaniyalı oyunçunu gələn yay üçün əsas transfer hədəflərindən biri kimi nəzərdən keçirirlər. Cari mövsümdə Uedraoqo Bundesliqada yüksək səviyyə nümayiş etdirir. Onun aktivində 3 qol və 3 məhsuldar ötürmə var. Futbolçunun “Leyptsiq”lə 2029-cu ilə qədər qüvvədə olan müqaviləsi mövcuddur.






_1764076315.jpg)





