19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.
Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Kukus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.
25 noyabr
15:00. Sloveniya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)
“Kukus” stadionu, Strumitsa
Baş hakim: Yoanna Vassallo (Malta)
Baş hakimin köməkçiləri: Edyena Kapciu (Albaniya), Angela Domazetovska (Şimali Makedoniya)
Dördüncü hakim: Angela Rayçevska (Şimali Makedoniya)




_1764076315.jpg)






_1764068986.jpg)
