25 Noyabr 2025, 10:56
FUTBOL
"Qalatasaray" "Atalanta"nın hücumçusu Ademola Lukmanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin nigeriyalı forvardı Viktor Osimhen həmyerlisini Türkiyə klubunda oynamağa dəvət edib. İtaliya klubu 28 yaşlı forvard üçün 50 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 11 oyunda 1 qol vurub.




_1764076315.jpg)







_1764068986.jpg)