"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola zədəli futbolçu Rodri haqda danışıb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 29 yaşlı yarımmüdafiəçinin qayıdışının vaxt alacağını bildirib:

"Rodri hələ sağalmayıb. Əmin deyiləm, amma çox qalmayıb. Biz hələ də prosesdəyik, Rodrinin nə vaxt qayıdacağını müəyyənləşdirəcəyik. Onun hər şeyinin qaydasında olduğuna əmin olmaq üçün bir az da gözləyəcəyik".

Qeyd edək ki, Rodri bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest