"Qarabağ"ın U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsinin V turu çərçivəsində səfərdə "Napoli"yə qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, oyunu çexiyalı ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi Dominik Stari olacaq. Ona yan xətt hakimləri Lukaş Slaviçek və Jozef Suma köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması noyabrın 26-da Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest