"Cenoa" orta xətti gücləndirmək üzərində çalışır.

Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Roma"nın yarımmüdafiəçisi Nikkolo Pizzillinin icarəyə götürülməsi imkanını nəzərdən keçirir.

Klub artıq 21 yaşlı yarımmüdafiəçinin mümkün transferi ilə bağlı ətraflı məlumat almaq üçün onun klubu ilə əlaqə saxlayıb. Danışıqlar müsbət yekunlaşacağı təqdirdə Pizzilli "Cenoa"da 2026-cı ilin yayına qədər çıxış edəcək.

İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 41 matç keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. O, cari mövsümdə isə cəmi 6 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest