"İnter"in müdafiəçisi Denzel Dumfrisin zədəsi gözləniləndən ciddidir.

Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Niderlandlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. 29 yaşlı sağ cinah müdafiəçisi dekabr ayının ortaalarında komandaya kömək edə biləcək.

Qeyd edək ki, Denzel Dumfris bu mövsüm "İnter"in heyətində keçirdiyi 17 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest