24 Noyabr 2025, 14:50
FUTBOL
"Yuventus" qışda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Sanderlend"in kapitanı Qranit Cakadır. Bu barədə "Tuttosport" məlumat yayıb.
Turin təmsilçisi yanvar ayında isveçrəli yarımmüdafiəçini transfer etmək üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Qranit Caka bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 13 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












