24 Noyabr 2025, 13:07
FUTBOL
"Şalke"nin müdafiəçisi Mertcan Ayhan karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
"Roma" Türkiyə U-21 millisinin üzvünü transfer etmək istəyir. Paytaxt klubu 19 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Mertcan Ayhan bu mövsüm "Şalke"nin heyətində 12 rəsmi oyunda meydana çıxıb.












