24 Noyabr 2025, 12:33
FUTBOL
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Matc.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.












