24 Noyabr 2025, 12:15
FUTBOL
"Kristal Pelas"ın kapitani Mark Qehi Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Liverpul" ingiltərəli futbolçunu transfer etmək istəyir. Klubu müqaviləsi yayda başa çatan Qehini yanvar ayında satmaqla gəlir əldə etmək istəyir. "Liverpul" yaxın günlərdə 25 yaşlı mərkəz müdafiəçisi üçün London təmsilçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Marrk Qehi bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 19 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












