Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko milli komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazanmasının əhəmiyyətindən danışıb.

Matc.az xəbər verir ki, o, mundiala vəsiqə qazanmağın Ukrayna xalqı üçün çox əhəməyiyyətli olduğunu vurğulayıb.

"Dünya çempionatına vəsiqə qazanmaq inanılmaz bir nailiyyət olardı. Ukraynanın dünya çempionatına vəsiqə qazanması sonuncu dəfə düz 20 il əvvəl baş tutmuşdu və bu, bizim üçün inanılmaz bir nailiyyət idi. İndi çox yaxınıq və bu, futbol baxımından, amma daha da əhəmiyyətlisi, Ukrayna xalqı üçün böyük bir nailiyyət olardı.

Dünya çempionatında olmaq bizim üçün çox vacibdir, çünki bu, üç ölkənin - Kanada, Meksika və ABŞ-ın ev sahibliyi etdiyi böyük bir tədbirdir. Ümid edirəm ki, vəsiqə qazana bilərik", - deyə Şevçenko bildirib.

Şevçenko dünya çempionatının 48 komandaya çıxarılmasına müsbət rəy bildirib:

"Düşünürəm ki, bu, yaxşı bir addımdır. Üç böyük ölkə tarixdə ilk dəfə dünya çempionatına birlikdə ev sahibliyi edəcək. Daha çox komandanın vəsiqə qazanmaq şansı var və mən bəzi inanılmaz matçları səbirsizliklə gözləyirəm. Bu, çox rəqabətli bir turnir olacaq", - Şevçenko bildirib.

Xatırladaq ki, Ukrayna 26 martda keçiriləcək pley-off mərhələsinin yarımfinalında İsveçlə qarşılaşacaq. Əgər qalib gəlsələr, Ukrayna dünya çempionatına vəsiqə qazanmaq üçün final matçında Polşa – Albaniya cütünün qalibi ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest