Türkiyə Superliqasında 13-cü tur davam edir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
"Fənərbaxça" səfərdə "Rizəspor" üzərində əzmkar qələbə qazanıb – 2:5. "Beşiktaş" doğma meydanda "Samsunspor" ilə 1:1 hesabı ilə heç-heçə edərək xal itirib. "Göztəpə" – "Kocaelispor" matçında hesab açılmayıb. "Alanyaspor" isə evdə "Kasımpaşa"ya 1:2 hesabı ilə uduzub.
Türkiyə Superliqası
13-cü tur
23 noyabr
"Göztəpə" – "Kocaelispor" - 0:0
"Alanyaspor" – "Kasımpaşa" - 1:2
Qollar: Hvanq, 45+2 // Queye, 48, 52
"Beşiktaş" – "Samsunspor" - 1:1
Qollar: Ünder, 57 (pen) // Ndiaye, 66
"Rizəspor" – "Fənərbaxça" - 2:5
Qollar: Sov, 6, Laçi, 15 // Asensio, 55, 65, Taliska, 58, En-Nesiyri, 78, Brovn, 88
Qırmızı vərəqə: Laçi, 63












